Toyuna hazırlaşan gənc avtoqəzada öldü- Yenilənib (Foto)

26 Oktyabr 2013 10:11 (UTC+04:00)
Ötən gün yol qəzasında başı bədənindən ayrılan gənclə bağlı təfərrüatlar əldə olunub. Milli.az-ın məlumatına görə, Hacıqabul rayonunda Özal Əlili idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırması nəticəsində başı bədənindən qopub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirən Ö.Əlili noyabrın 1-də 21 yaşını qeyd etməyə hazırlaşırmış. Yaxınlarda isə toyu olacaqmış.


***
10:47
Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Ağır yol nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 156-cı km-də, Hacıqabulun Padar kəndi ərazisində qeydə alınıb. Kürdəmirə doğru hərəkətdə olan "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib. Tamamilə yararsız hala düşən avtomobildə sürücü 21 yaşlı paytaxt sakini Əlili Özal faciəvi şəkildə dünyasını dəyişib.

Dəhşətli hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Aparılacaq avtotexniki ekspertiza isə hadisənin daha dəqiq səbəblərini öyrənməyə imkan verəcək.(anspress)

AzNews.az