McDonald`s “Heinz” ketçupundan imtina etdi
26 Oktyabr 2013 13:35 (UTC+04:00)
McDonald`s restoranlar şəbəkəsi sous istehsalçısı "Heinz" şirkəti ilə əməkdaşlıqdan imtina edib və öz müəssisələrində daha bu məhsulları satmayacaq.
"Heinz" şirkətinin başına fəsfud bazarında McDonald`s-ın əsas rəqiblərindən biri olan "Burger King"in keçmiş rəhbəri Bernardo Heesin keçməsi belə bir qərarın qəbul edilməsinə səbəb olub.
"Heinz" souslarından, o cümlədən ketçuplarından imtina tədricən olacaq. McDonald`s-ın yeni sous tədarükçüsünün adı açıqlanmır.
McDonald`s şirkəti "Heinz"lə 40 ildir ki əməkdaşlıq edirdi.(gun.az)
AzNews.az