ANS-in keçmiş əməkdaşının meyiti tapıldı- Foto

26 Oktyabr 2013 08:55 (UTC+04:00)
ANS Şirkətlər qrupunun keçmiş əməkdaşının maşında meyiti tapılıb.

Şirkətin mühafizəçisi olan Ramin Qədimovun meyiti ötən gün "Mercedes" markalı avtomobilin arxa oturacağından aşkarlanıb.

Sabunçu rayonu ərazisində dünyasını dəyişmiş R.Qədimovun meyitinin üzərində zorakılıq əlaməti olmayıb. Onu da əlavə edək ki, R.Qədimov bir neçə il əvvəl "Bakıfilm" kinostudiyası tərəfindən çəkilmiş "Seçilən" filmində "Saşa" rolunun ifaçısı olub.

Sabunçu Rayon Prokurorluğundan bildirilib ki, R.Qədimov ürək tutmasından dünyasını dəyişib.(milli.az)

AzNews.az