17 İran sərhədçisi öldürüldü

26 Oktyabr 2013 10:27 (UTC+04:00)
İran-Pakistan sərhədində silahlı insident baş verib.

Pakistandan İrana daxil olmaq istəyən silahlı qrupla atışma nəticəsində 17 İran sərhədçisi həlak olub. Bundan başqa, İran sərhəd polisinin 5 əməkdaşı yaralanıb, 4 nəfər əsir götürülüb. Güman olunur ki, sərhədçilərə hücum İran və Pakistan ərazisində fəaliyyət göstərən bəlucilərin "Cundullah" qruplaşması tərəfindən edilib.(apa)

AzNews.az