Zəminə Əliqızına yeni vəzifə verildi – Özəl

26 Oktyabr 2013 10:39 (UTC+04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının yerinə təyinat olub.
AzNews.az-ın məlumatına görə, bu vəzifəyə daha əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində çalışan Arzu Tairquliyeva təyin olunub.

Zəminə Əliqızı isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Aparatında baş məsləhətçi vəzifəsinə keçirilib.

Bununla bağlı rəsmi əmr imzalanmasa da, artıq təyinat icra olunur.
Qeyd edək ki, Z. Əliqızı "Bakı təhsili" qəzetinin baş redaktor postundan da uzaqlaşdırılıb.

Elnur
AzNews.az