Sabah Bakıda yağış yağacaq

26 Oktyabr 2013 10:48 (UTC+04:00)
Sabah Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-13, gündüz 14-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 27-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

AzNews.az