Müxalifət liderinin qızını dişlədilər

26 Oktyabr 2013 10:52 (UTC+04:00)
İranda 2011-ci ildən bu tərəfə həyat yoldaşı ilə birlikdə ev dustağı olan müxalifət lider Mir Hüseyn Musəvinin qızları, təhlükəsizlik işçilərinin hücumuna məruz qaldıqlarını iddia ediblər.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Musəvinin qızı Nərgiz öz Facebook səhifəsində yazıb. Bildirib ki, ötən çərşənbə günü Nərgiz bacısı Zehrayla birlikdə ana və atasını ziyarətə gediblər.

Ziyarət çıxışında İran təhlükəsizlik orqanlarının 2 qadın agenti onların üstlərini axtarmaq istədiyini bildirib. Sonra isə qızlardan alt paltarlarını da soyunmağı tələb ediblər. Musəvinin qızları buna etiraz etdikdə, agentlər onları döyməyə başlayıblar. Bu zaman Təhlükəsizlik işçilərindən biri Nərgizin biləyini dişləyib.

Elman
AzNews.az