Şəmkirdə qoç sahibini öldürdü

26 Oktyabr 2013 11:16 (UTC+04:00)
Şəmkirdə qeyri-adi ölüm hadisəsi baş verib.

Trend xəbər verir ki, Şəmkirdə qoç adam öldürüb. Rayonun Səməd Vurğun qəsəbəsində yaşayan 73 yaşlı Manya Həsənovanı şəxsi təsərrüfatındakı qoç zərbə ilə vurub.

Xəsarət alan qadın Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər qarın boşluğu və daxili orqanların qapalı travması diaqnozu qoyulan xəstəyə dərhal cərrahi müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstə əməliyyatdan sonra keçinib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

AzNews.az