Qəzada ölən nişanlı gəncin SON STATUSU

26 Oktyabr 2013 11:31 (UTC+04:00)

Ötən gün avtomobil qəzasında faciəli şəkildə vəfat edən gənc "facebook" sosial şəbəkəsində mütəmadi olaraq şəkillərini, o cümlədən qəzaya uğradığı avtomobilinin fotolarını paylaşıb.

AzNews.az-ın məlumatına görə, Özal Əlili profilində ölümündən bir neçə saat əvvəl "Sabah goo ucar" statusunu paylaşıb. Əlavə olaraq yazdığı rəydə isə bildirib ki, "Toy var, birdə ad günümü orda keçirəcəm, inşallah. Noyabrın 3-də Bakıya gələcəm".

Mərhumun noyabrın 1-də 21 yaşı tamam olacaqdı.

Qeyd edək ki, Özal Əlili oktyabrın 25-də idarə etdiyi idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırması nəticəsində vəfat edib. Hadisə Bakı-Qazax yolunun 156-cı km-də, Hacıqabulun Padar kəndi ərazisində qeydə alınıb.

Rəhim Qədirov
AzNews.az