İğdır – Naxçıvan magistralı bağlandı

26 Oktyabr 2013 11:56 (UTC+04:00)
Türkiyənin Azərbaycanlıların sıx yaşadığı İğdır vilayətinin Qaraqoyunlu rayonunda "Hürgaz" qaz doldurma məntəqəsində partlayış baş verib.

Hadisə nəticəsində 6 uşaq atası olan, 45 yaşındakı Ədalət Öztürk adlı şəxs ağır yaralanıb.

AzNews.az xəbər verir ki, səbəbi hələ bilinməyən partlayış dünən axşam saat 17:00 radələrində baş verib. Partlayışdan dərhal sonra ətraf bələdiyyələrin yanğınsöndürənləri və çoxlu sayda təcili tibbi yardım maşınları hadisə yerinə cəlb olunub. Yanğınsondürənlərin müdaxiləsi nəticəsində yanğını söndürmək mümkün olub. Polis dərhal təhlükəsizlik tədbirləri həyata keçirib.

İğdır-Naxçıvan magistral yolu bağlanıb. Yanğında xəsarət alan Ədalət Öztürk İğdır Dövlət Xəstəxanasında edilən ilk müdaxilənin ardından təcili yardım ilə Van Təhsil və Araşdırma Xəstəxanasına Çatdırılıb. Hadisə ilə bağlı istintaq başladılıb. Yanğının baş vermə səbəbləri səbəbi araşdırılır.

Elman
AzNews.az