Ümid təkzib edir

26 Oktyabr 2013 15:00 (UTC+04:00)
Ümid Partiyasının sədri İqbal Ağazadənin yeni hərəkat yaradacağı ilə bağlı məlumatlar yayılıb.


"Axar.az" məlumat verib ki, millət vəkilinin "125-lər hərəkatı" adlı qurumu parlament seçkilərinə hesablanıb. "125-lər hərəkatı"nda tanınmışlardan İlhamiyyə Rza, Həmid Herisçi, Azər Həsrət, Ələsgər Əhmədoğlu, Aysel Əlizadə və s. kimi simaların olduğu deyilir.

Ümid Partiyasının mətbuat xidmətinin rəhbəri Elman Abbasov AzNews.az-a açıqlamasında xəbəri təkzib edib: "Bu tamamiyə şayiədr. Elə bir şey yoxdur. Elə bir məsələ müzakirə mövzusu deyil".


Bahar Rüstəmli
AzNews.az