Millət vəkilinin oğlu polis rəisi təyin edildi

26 Oktyabr 2013 12:14 (UTC+04:00)
Bakının yeni yaradılan rayonuna polis rəisi təyin edilib.

APA-nın məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi Pirallahı Rayon Polis Şöbəsi statusu alıb.

Keçmiş bölmə rəisi İsfəndiyar Mehbalıyev də Pirallahı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Bakının 12-ci rayonu sayılan Pirallahı rayonu 2012-ci ilin dekabrında yaradılıb.

İ. Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin oğludur.


AzNews.az