Ordumuzun hərbçisi şəhid oldu

26 Oktyabr 2013 19:15 (UTC+04:00)
Azərbaycan Ordusunun giziri şəhid olub.

APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun giziri, 1990-cı il təvəllüdlü Aydın Əmirsultan oğlu Abdullayev düşmən gülləsinə tuş gəlib. Hərbçi başından aldığı güllə yarasından şəhid olub.

Allah rəhmət eləsin!

AzNews.az