Ağstafada qaz partladı: evin 22 yaşlı gəlini yandı

26 Oktyabr 2013 21:56 (UTC+04:00)
ğstafa rayonunun Xətai kəndində Bəxtiyar Əsgərov ev 44 ünvanında Abbasov ilqar Bilal oğluna məxsus evdə partlayış baş verib. ANS PRESS-in məlumatına görə, partlayışa səbəb qaz sızması olub.

Hadisə bu gün saat 15.45-də baş verib.

Partlayış evin gəlini - 22 yaşlı Abbasova Şəbnəm Cabbar qızı hamamda çimərkən qaz sızmasından partlayış baş verib.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstənin bədəninin 30 faizinin yandığı deyilir.