Sabah hava yağmursuz keçəcək

27 Oktyabr 2013 16:00 (UTC+04:00)
Həftənin ilk iş günündə hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 10-12, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 4-9, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

AzNews.az