Milli Şuranın mitinqi ilə bağlı Rəsmi məlumat

27 Oktyabr 2013 16:41 (UTC+04:00)
Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, oktyabrın 27-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 16.15-dən 17.15-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

AzNews.az