Mitinqdə partlayış: 4 nəfər öldü, yaralananlar var

27 Oktyabr 2013 20:20 (UTC+04:00)
Törədilən 5 partlayışda 4 aksiya iştirakçısı ölüb, bir neçəsi də yaralanıb


Hindistanın şərqindəki Bihar ştatında dəmiryol vağzalında 5 partlayış baş verib. Patna şəhərindəki dəmiryol stansiyasında baş verən partlayışlar nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisə yerinə gələn minaaxtaranlar vağzalda partlamamış daha bir neçə partlayıcı qurğu da aşkar edərək zərərsizləşdiriblər.

İnsident Hindistanın əsas müxalifət partiyası olan "Bharatiya Canata Parti"dən baş nazirliyə namizəd Narendra Modinin rəhbərliyi ilə keçiriləcək mitinqə bir neçə saat qalmış baş verib. Mitinqdə iştirakı gözlənilən minlərlə müxalifət tərəfdarı aksiyanın keçiriləcəyi yerə qatar və xüsusi avtobusla gəlməli idi. Ölən və yaralananların da mitinq iştirakçıları olduğu bildirilir.(milli.az)

AzNews.az