Malikanələrin qaradərili “gecə qonaqları”

27 Oktyabr 2013 20:50 (UTC+04:00)
Gecə əyləncəsi təkcə dünyanın məşhur ölkələrində yox, hətta Cənubi Afrikada da həyatın bir parçasıdır.


"J&B"nin möhtəşəm əyləncə gecəsi ilə məşhur olan Cape Tovnda əyləncə həyatı daha rəngarəngdir. 19 il əvvələ qədər zəncilərin gecələr küçəyə çıxması qadağan idi. Ancaq indi vəziyyət dəyişib, gecə əyləncəsi bu şəhərin həyatına çevrilib.

Bu şəhərdə təyyarə limanında turistləri mahnı oxuyub rəqs edən gənclər qarşılayır. Onların rəqs etməsi üçün bir nəfərin kənarda əlləri ilə ritm tutması kifayətdir.

Cape Tovnun gecə həyatındakı ən məşhur məkanı "Long Street"dir. Burada həm "Afrika barları", həm də ağdərililər üçün cazibəli görünən yerlər var. Buradakı "Irish Pub"da canlı musiqinin müşayəti ilə daha çox qaradərililər əylənir. Hətta 60 yaşlı qadınlar belə gənclərə qarşaraq rəqslərlə stress atırlar.

Nelson Mandellanın hakimiyyətə gəlib ağdərililərlə qaradərililər arasında ayrı-seçkiliyi aradan qaldırdığı zamana qədər zəncilərə tətbiq edilən qadağalar artıq aradan qalxıb. Bununla belə "Long Street"də hələ də "qaraların barı" adlanan yerlər var.

Bütün dünyada "Start a Party" şüarı ilə məşhur olan "partilər ustası" J&B Afrikaya da yol tapıb. Burda təşkil edilən gecə əyləncələrində dünyanın ən məşhur musiqi qrupları, DJ-lər iştirak edir.

Camps Bay şəhəri isə varlıların axın etdiyi və bir çoxlarının ev aldığı şəhərdir. Burdakı vilallarda ilin müxtəlif zamanlarında gecə həyatı qaynayır. Qaradərililər bu malikanələrdən heç birinə sahib deyil. Onlar həmin malikanələrdə ancaq işçi kimi çalışırlar. Ancaq "partilər mövsümündə"qaradərili gənclər bu malikanalərdə təkcə mühafizəçi yox, həm də gecə əyləncəsinin əvəzedilməz "qonaqlarıdır". Onları bu malikanələrdə çox sevirlər, xüsusilə gecələr…

Elnur
AzNews.az