Erotik roman “Harry Potter”i keçdi

4 Avqust 2012 08:57 (UTC+04:00)

Dünyada satış rekordu qıran "Harry Potter"i qabağa keçən kitab tapıldı. Orijinal adı "Fifty Shades of Grey" olan erotik roman, bütün dünyada ən çox satılan kitab oldu. Romanın yazıçısı E. L. Ceyms bu günə qədər kitabı ən çox satılan yazıçı kimi tarixə düşüb. Mövzusu milyarder bir işadamı Christian Grey ilə tələbə Anastasia Steele arasındakı sadomazoşist bir əlaqədən götürülüb. Roman 2012-ci ilin mart ayından bu yana Amazonun İngiltərədəki internet saytında 4 milyondan çox satılıb. 3 kitabdan birincisi olan "Fifty Shades of Grey"in ardınca Fifty Shades Darker" və "Fifty Shades Freed" kitabları maraqla gözlənir.

Səadət Abbaslı

AzNews.az