9 yaşlı uşaq intihar etdi

28 Oktyabr 2013 09:38 (UTC+04:00)

Ötən gecə Daşkəsən rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, Pirverdilər kənd sakini 2004-cü il təvəllüdlü Leqman Vüqar oğlu Abbasov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyiti tövlədən asılmış halda tapılıb.

Daşkəsən rayon prokurorunun köməkçisi Xalid Nəzərov açıqlamasında hadisənin xüsusi diqqətdə saxlanıldığını bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


AzNews.az