İki gün su olmayacaq

28 Oktyabr 2013 10:10 (UTC+04:00)

Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində istismar dövrünü başa vurmuş magistral su xətti yenisi ilə əvəz olunub. Hazırda mövcud şəbəkənin yeni çəkilmiş magistral su xəttinə qoşulması işləri aparılır.

"Azərsu" ASC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bununla əlaqədar Sabunçu rayonunun 1 hissəsində 2 gün su olmayacaq.

Belə ki, oktyabrın 28-29-da Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Nazim İsmayılov, Habil Balakişiyev, Zabrat və Pirməmməd küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

AzNews.az