Azərbaycandanlı zəvvarların sonuncu qrupu geri döndü

28 Oktyabr 2013 10:23 (UTC+04:00)
Bu gün Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu geri dönüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, sonuncu zəvvar qrupunu gətirən təyyarə reysi Bakı vaxtı ilə səhər saat 09:00-da Heydər Əliyev adına Hava Limanında yerə enib.

QMİ-dən bildirilib ki, bununla da Azərbaycanda Həcc ziyarəti mövsümü uğurla başa çatıb və gedən zəvvarların hamısı sağ-salamat geri dönüblər. Zəvvarların səhhətində heç bir problem qeydə alınmayıb.

Qeyd edək ki, bu il Azərbaycandan Həzz ziyarətində 3700 zəvvar iştirak edib. Onların geri dönüşü oktyabrın 22-dən başlayıb.

AzNews.az