Azərbaycanlı milyarderin bazarında 1000 nəfər saxlanıldı- Yenilənib

28 Oktyabr 2013 15:29 (UTC+04:00)

"Sadavod" bazarında polisin keçirdiyi əməliyyat zamanı 1000 nəfər saxlanılıb.


Saxlanan şəxslər polis idarələrinə aparılıb. Saxlananlar arasında Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları üstünlük təşkil edir.

Polis idarələrində miqrantların sənədləri yoxlanır. DİN-in məlumatına görə, ticarət mərkəzində həmçinin bir sıra qanun pozuntuları aşkar edilib. Bunların arasında saxta mallar, alkoqollu içkilərin qanunsuz satışı kimi qanun pozuntuları var.

Həmçinin bazarda bir nəfərdə silah tapıldığı xəbər verilir.

***
12:16
Məlumatlara görə, bazara gələn polis əməkdaşları bazardakı hər kəsin pasportunu yoxlayır.

Sənədlərində problem olan şəxslər polis avtobuslarına mindirilərək naməlum istiqamətə aparılıb.

Həmçinin miqrantların cinayətlə hansısa əlaqəsi olub-olmadığı araşdırılır.


***
12:16
Moskvada azərbaycanlı dağ yəhudisi, milyarder Qod Nisanova məxsus məşhur "Sadavod" bazarında polis əməliyyata başlayıb.


AzNews.az xəbər verir ki, polis əməliyyata səhər saatlarından başlayıb.

İlkin məlumatlara görə, əməliyyat qanunsuz miqrantları aşkarlamaq məqsədi daşıyır.

AzNews.az-ın əldə etdiyi məlumata görə onlarla həmyerlimiz saxlanılıb.

Qeyd edək ki, 2011-ci ildə Moskvada 14 bazar bağlanıb. Ancaq o zaman Q.Nisanov özünün "Sadavod" bazarını xilas edə bilib.

Elnarə
AzNews.az