Cəbhədə gərginlik davam edir

4 Avqust 2012 09:20 (UTC+04:00)

Erməni silahlı qüvvələri bir neçə istiqamətdə arəşkəsi pozublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində; işğal olunmuş Füzuli rayonunun Qorqan; Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Şurabad və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

İlkin

AzNews.az