“...ermənilərin hüquqlarını qorumaq dövlətin borcudur“- Ərdoğan
28 Oktyabr 2013 11:27 (UTC+04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə yaşayan müsəlmanlar kimi ermənilərin də hüquqlarının qorunmasının dövlətin borcu olduğunu bildirib. Trend- in məlumata görə, bu barədə Türkiyənin "Milliyyət" qəzeti məlumat verib.
Ərdoğanın sözlərinə görə, ölkədə yaşayan ermənilər digər vətəndaşlar kimi vergi verir və onlar üçün ibadət yerlərinin açılması normal haldır.
AzNews.az