Elnur Kələntərova yeni vəzifə verildi

28 Oktyabr 2013 13:03 (UTC+04:00)
Modern.az saytının xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsindən çıxarılan Elnur Kələntərov işsiz qalmayıb.

Nazir Səlim Müslümovun müvafiq əmri ilə E.Kələntərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maliyyə idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparatın yeni rəhbəri Əjdər Cəbiyev təyin olunub.

AzNews.az