Əslən azərbaycanlı olan Fransa aktyoru Bakıda

28 Oktyabr 2013 13:15 (UTC+04:00)
Dünyaca məşhur fransız aktyoru, Azərbaycan əilli Rober Osseyn ölkəmizdə səfərdədir.

Fransa kino və teatr aktyoru, rejissor, prodüsser Rober Osseynin atası Əminulla Hüseynov azərbaycanlıdır. Rober Osseyn 1927-də Parisdə anadan olub. Atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət edib. Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınıb. Ən məşhur rolu Joffrey de Peyrak obrazı olub.

Rober Osseynin kino karyerası Pol Kadeakın 1954-cü ildə çəkdiyi "Sarışınlar sahili" filmindəki rolu ilə başlayıb.

Yaradıcılığı həmişə kino həvəskarlarının diqqət mərkəzində olub. Çəkildiyi filmlərin bir çoxu Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır.
Rober sənətçi ailəsində dünyaya göz açıb.

Atası Əminulla Hüseynov dövrünün bəstəkarı, musiqiçisi kimi tanınıb. Paris həyatına qaynayıb-qarışmaqdan ötrü o, Andre Osseyn adıyla çıxış eləyib. Əslən səmərqəndli, milliyətcə azərbaycanlı olan Əminulla Hüseynov sovet hakimiyyəti qurulduqdan sonra mühacir dalğasının vətəndən uzaqlara atdığı ziyalılardandır.

Elnur
AzNews.az