Azərbaycanlı rəqqasə Asena ilə klip çəkdirib- Fotolar

28 Oktyabr 2013 13:20 (UTC+04:00)
Azərbaycanlı rəqqasə Aytənin məşhur türkiyəli həmkarı Asena ilə birgə çəkdirdiyi klipin çəkilişləri artıq yekunlaşıb.


Bu barədə AzNews.az-a rəqqasənin özü məlumat verib.

Onun sözlərinə görə, klip yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.

Aznews.az-ın təqdim etdiyi fotolar isə sözügedən klipin çəkilişində lentə alınıb.

Onu da bildirək ki, hər iki rəqqasəni Türkiyədə oriental rəqs bir araya gətirib.

Qeyd edək ki, klip bu həftə Türkiyənin bütün magazin proqramlarında yayımlanacaq.

Bahar
AzNews.az