ATƏT Gürcüstandakı seçkilərlə bağlı ilkin rəyini açıqladı
28 Oktyabr 2013 14:05 (UTC+04:00)
"Gürcüstandakı prezident seçkiləri yaxşı təşkil olunmuşdu və dostluq, konstruktivlik, şəffaflıq şəraitində keçdi".
APA-nın xəbərinə görə, bu barədə beynəlxalq müşahidəçilərin birgə bəyanatında deyilir. ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Joao Soares bildirib ki, seçkiqabağı kampaniya dövründə əsas azadlıqlar – söz, toplaşma və sərbəst səyahət azadlığı təmin olunub: "Bütün bunlar onu deyir ki, Gürcüstanda demokratiya getdikcə daha da kamilləşir".
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli missiyasının rəhbəri Matteo Mekaççi isə son 6 həftə ərzində həm hökumətin, həm də müxalifətin müsbət rol oynadığı şəffaf, yaxşı təşkil olunmuş, rəqabət şəraitində seçki kampaniyası izlədiklərini bəyan edib. AŞPA nümayəndə heyətinin rəhbəri Mateu Pi parlament seçkilərindən 1 il sonra Gürcüstan vətəndaşlarının öz siyasi yetkinliklərini yenidən nümayiş etdirdiklərini söyləyib: "Bu seçkilər həm Gürcüstan, həm də Cənubi Qafqaz bölgəsi üçün önəmli nailiyyətdir".
AzNews.az