Məhşurlaşmaq üçün Ceniferdən istifadə edir

4 Avqust 2012 09:59 (UTC+04:00)

Türkiyədə, daha çox "Şakşuka" mahnısı ilə tanınan, roman sənətçisi Tarık Mengüç, romanların mədəniyyətini dünyaya tanıtmaq üçün, məşhurlardan Cenifer Lopez və Şakira ilə səhnəyə çıxacaq. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yeni layihəsi haqda danışan sənətçi, Cenifer və Şakira kimi tanınmış adların sayəsində, rəqslərini dünyada tanıdacağını bildirib. Layihənin detallarını sirr kimi saxlayan Mengüç bildirib ki, romanları məşhurlaşdıracaq bu layihə, 3 ay sonra reallaşacaq.

Qeyd edək ki, sənətçi bu il keçiriləcək Eurovision Mahnı Müsabiqəsində səhnəyə çıxmağa hazırlaşır. Və bu layihə də həmin müsabiqədə qalib gəlmək üçün böyük rol oynayacaq.

Mirvari Nəcəf

AzNews.az