Qoyun oğrusu saxlanıldı

28 Oktyabr 2013 15:14 (UTC+04:00)
30 baş qoyun oğurlamış qrupun üzvü Tərtər şəhər sakini İlqar Misirov tutulub.

AzNews.az-ın DİN-nin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarış İdarəsi və Göygöl RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də Alagöz Baxşəliyevaya məxsus 30 baş qoyunu oğurlamış qrupun üzvü Tərtər şəhər sakini İlqar Misirov tutulub.

AzNews.az