İngilis əsgərlərin bu hərəkəti dünyanı qarışdırdı

28 Oktyabr 2013 19:19 (UTC+04:00)
İngiltərənin "The Mail on Sunday" qəzetində "Utanılacaq hərəkət" başlığı altında yayımlanan xəbər bütün ölkəni qarışdırıb.

AzNews.az-ın məlumatına görə, xəbərdə iki əsgərin ingilis bayrağı qarşısında sağ əllərini havaya qaldırmaqla nasist salamı vermələri əks olunub.

Əsgərlərin fotoşəkillərinin ölkədə və dünyada xoş qarşılanmadığını görən İngiltərə Müdafiə Nazirliyinin sözçüsü "Bu hərəkəti edənlərin Silahlı Qüvvələrdə yeri yoxdur. Bu hərəkəti edən əsgərlərlə söhbət aparılıb və ciddi tədbirlər görüləcək"deyə açıqlama yayıb.

Rəhim Qədirov
AzNews.az