Erkən nikahlara görə valideynlərə həbs cəzası verilə bilər

28 Oktyabr 2013 16:48 (UTC+04:00)
Türkiyənin ailə və sosial siyasət naziri Fatma Şahin ölkədə övladlarını erkən nikahlara məcbur edən valideynlərə 22 il həbs cəzasının veriləcəyini açıqlayıb.

Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Nazir Türkiyənin bundan sonra da erkən nikahlara qarşı ciddi mübarizə aparacağını bildirib.

Onun sözlərinə görə, erkən nikahlara görə cəzaların sərtləşdirilməsi üçün Ailə və Sosial Siyasət Nazirliyi ölkə parlamentinə müraciət edəcək.


AzNews.az