İstanbul internetsiz qala bilər

28 Oktyabr 2013 20:55 (UTC+04:00)
İstanbul Boğazında nasazlıq yaranan bir gəmi, internet kabellərinin keçdiyi əraziyə böyük dəmir parça atıb. AzNews.az DHA xəbər agentliyinə istinadən xəbər verir ki, İstanbul boğazından keçən zaman qəza səbəbindən sürünməyə başlayan YM Miranda adlı tankerin kapitanı Fatih Sultan Mehmet körpünün tam altında dəmir atmaq məcburiyyətində qalıb. İstanbul Boğazı müvəqqəti olaraq gəmilər üçün bağlanıb. Sahil Əmniyət Müdiri Saleh Orakçın açıqlamasına görə, gəminin dəmir atdığı yerdə su altında bir çox kabelin keçdiyini bildirilir. Gəminin olduğu nöqtəyə çatan sahil təhlükəsizlik qrupları kabellərin zərər görüb görmədiyini araşdırır. Hadisə ilə bağlı mütəxəssislərin hadisə yerinə çatması gözlənilir.

Elman
AzNews.az