Obamanın Tvitter və Facebook səhifələri ələ keçirildi

29 Oktyabr 2013 08:28 (UTC+04:00)

ABŞ prezidenti Barak Obamanın Tvitter və Facebook-dakı hesablarına haker hücumu olub.

Bunun nəticəsində prezidentin hər iki səhifəsi bir müddət işləməyib. AzNews.az ABŞ mətbuatına istinadən xəbər verir ki, haker hücumuna görə məsuliyyəti "Suriya elektron ordusu" üzərinə götürüb.

Obamanın sosial şəbəkələrindəki səhiflərində Suriya barədə videoçarxlar yerləşdirilib. Ağ Evin mətbuat katibi Cey Karni hadisəni şərh etməkdən imtina edib.

Elnur
AzNews.az