Kriminal avtoritetlər Moskvaya toplaşır

29 Oktyabr 2013 08:50 (UTC+04:00)
Moskvada "qanuni oğru" Konstantin Qizburq vəfat edib.

43 yaşlı "qanuni oğru" kriminal aləmdə Kostya Qizya adı ilə tanınır. Kostya kriminal karyerasına öz doğma rayonu olan Tuşinoda başlayıb.

Onun təsir dairəsinə Moskvanın bir neçə rayonu daxil idi. O, ilk dəfə 1991-ci ildə 4 il azadlıqdan məhrum edilib. 2000-ci ildə "taclandırılan" "qanuni oğru" hüquq-mühafizə orqanları ilə ciddi problemlər yaşamayıb.

Bunu isə onun Moskva əsilli olmasına görə toxunulmazlığı ilə əlaqələndiriblər. Kostyanın Moskvada keçiriləcək dəfn mərasimində çox sayda "qanuni oğru"nun iştirak edəcəyi gözlənilir. Buna görə paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilir.

Elnur
AzNews.az