Qadın həbsxanalarından birində qiyam

29 Oktyabr 2013 09:19 (UTC+04:00)
Türkiyənin Muş əyalətində yerləşən qadın həbsxanalarından birində qiyam baş verib. Bu barədə Trend "CNN Türk" telekanalına istinadən xəbər yayıb.

Telekanalın məlumatına görə, qiyama səbəb məhbusların saxlanma şəraitinin pisləşməsi olub. Məlumatda, o cümlədən bildirilir ki, məhbuslar etiraz əlaməti olaraq kameralardan birində yanğın törədiblər. Nəticədə yeddi nəfər xəsarət alıb.

Telekanal xəbər verir ki, bütün zərərçəkənlər şəhər xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az