İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

29 Oktyabr 2013 10:48 (UTC+04:00)
Prezident İlham Əliyev Gürcüstanda baş tutan seçkilərdə qalib gəlməsi münasibəti ilə Georgi Marqvelaşviliyə təbrik məktubu yollayıb.


Təbrikdə deyilir: "Hörmətli cənab Marqvelaşvili, Gürcüstan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan ilə Gürcüstan arasında tarixən təşəkkül tapmış mehriban qonşuluq və dostluq münasibətlərinin genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasındakı bu ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlığımız və çoxşaxəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da hərtərəfli inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə, İlham Əliyev"

AzNews.az