Taliban silahlıları NATO-nun Badqis əyalətindəki konvoyuna hücum ediblər. Hadisə nəticəsində italyan kontingentindən 3 nəfər yaralanıb. AzNews.az-ın Ria Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə yolda baş verib. Belə amerikan hərbçilərinin muşayiəti ilə qəza yerinə gedən konvoy qəfildən Taliban silahlılarının hücumuna məruz qalıb. Yaralılar vertolyotla yerli hospitala aparılıb.
Vasif
AzNews.az