Parlamentdə hicab davası

29 Oktyabr 2013 14:22 (UTC+04:00)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Parlamentə hicabla gəlməyə qarşı etiraz aksiyaları keçirməyə hazırlaşır

Bu barədə Trend Türkiyəninn "Zaman" qəzetinə istinadən xəbər yayır.

Qəzetin məlumatına görə, partiya etiraz əlaməti olaraq Parlamentin iclasını baykot etməyə hazırlaşır.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Gülay Samancı Parlamentə hicabla gələcəyini bəyan edib.

O, bu barədə qərarı həcc ziyarətini başa çatdırdıqdan sonra qəbul edib.

Onun sözlərinə görə, daha əvvəl bu hüquqdan məhrum edilmişdi, lakin hazırda qanuna görə Parlamentə hicabla daxil olmaq hüququna malikdir.

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasından başqa bütün müxalifət partiyaları Samancının bu məsələdə qərarını dəstəkləyiblər.

AzNews.az