Olimpiya çempionu milli qəhrəman elan olundu

4 Avqust 2012 11:39 (UTC+04:00)


Qılıncoynatma üzrə London Olimpiya Oyunlarında qızıl medal qazanan Ruben Limardo öz ölkəsində milli qəhrəman elan olundu. AzNews.az-ın kp.ru – ya istinadən yaydığı məlumata görə, bu elanı Venesuela prezidenti Uqo Çaves seçkiqabağı mitinqdə verib. Çaves olimpiya çempionunu təbrik edib və onu "xalqın oğlu" adlandırıb. Cavabda idmançı prezidentə təşəkkür edib və qeyd edib ki, bu medal təkcə onun yox, bütün Venesuela xalqınındır.

Vasif

AzNews.az