Qızını 2 yaşına qədər maşının yük yerində saxlayıb- VİDEO

29 Oktyabr 2013 18:30 (UTC+04:00)

Fransada bir qadın hazırda 15-24 aylıq olduğu ehtimal olunan qızını doğulandan bəri avtomobilin yük yerində saxlayıb.


AzNews.az xəbər verir ki, fakt qadının avtomobilini təmir üçün apardığı zaman aşkar edilib. Təmir mərkəzinin sahibi Denis Latour eşitdiyi iniltilərin ardından avtomobilin yük yerini açdığını və qarşılaşdığı mənzərədən dəhşətə gəldiyini bildirib. Avtomobildən pis qoxu gəldiyini deyən təmirxana sahibi kiçik qızın avtomobilin yük yerində zibil paketi üzərində yatdığını deyib.

Ölkənin cənub-qərbindəki Briqnac la Pleyn bölgəsində baş verən hadisə ilə əlaqədar araşdırma başlayıb. Müstəntiqin sözlərinə görə, uşağın atası istintaqa ifadəsində körpədən xəbərsiz olduğunu bildirib. Ailənin digər üzvləri də körpənin varlığından xəbərdar olmayıb. Körpə doğulduqdan sonra heç yerdə qeydiyyata salınmayıb.

Qonşular da ailənin üç uşaq sahibi olduğunu bildiklərini, ancaq qadının hamilə olduğunu hiss etmədiklərini bildiriblər. İnkişafdan geri qalan körpə xəstəxanaya yerləşdirilib. Ailənin digər uşaqları dövlət himayəsinə götürülüb. "Uşaq istismarı və laqeydlik" maddəsi üzrə mühakimə olunacaq valideynləri isə 10 ilə qədər həbs cəzası gözləyir.




İbrahim Kamiloğlu
AzNews.az