Livanda Əsəd qırğını: xeyli sayda ölən var

29 Oktyabr 2013 19:35 (UTC+04:00)
Livanın şimalında yerləşən Tripoli şəhərində Suriya rejiminin tərəfdarları və əleyhdarları arasında bir həftədir davam edən qarşıdurmalarda, içərisində təhlükəsizlik orqanlarının vəzifəli şəxslərinin də olduğu 13 nəfər həlak olub.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, qarşıdurmalar Trablusun Suriya rejimi əleyhdarlarının yaşadığı Bab Əl Tıbbanə ilə Əsəd rejimi tərəfdarlarının yaşadığı Cəbal Muhsin məhəllələri arasında yaşanır. Baş vermiş bu hadisələr nəticəsində ölənlərlə yanaşı, onlarla şəxs yaralanıb. Qarşıdurmalara müdaxilə edən təhlükəsizlik qüvvələrinə də atəş açılması nəticədə isə təhlükəsizlik qüvvələrindən də ölən və yaralananların olduğu bildirilir. Hadisələrdə onlarla Livan əsgəri də yaralanıb.


İbrahim Kamiloğlu
AzNews.az