“Parabank”da növbəti bonus kampaniyası

29 Oktyabr 2013 15:57 (UTC+04:00)

"Parabank" pul köçürmələri edən müştərilərinə daha bir bonus kampaniyası təqdim edir.

Bankdan AzNews.az-a verilən məlumata görə, müştərilərin göndərdiyi və aldığı məbləğdən asılı olaraq onlara plastik kart və danışıq konturları hədiyyə olaraq təqdim olunacaq.

Belə ki, 1000 AZN/USD/EUR-dək köçürmə edən müştərilərə 1 AZN, 1001-2000 AZN/USD/EUR köçürmə edən müştərilərə 2 AZN, 2001-3000 AZN/USD/EUR-dək köçürmə edən müştərilərə 3 AZN danışıq konturu, 3001 AZN/USD/EUR-dan yuxarı köçürmə edən müştərilərə isə istəyindən asılı olaraq VİSA Elektron kartı və ya 5 AZN dəyərində danışıq konturu hədiyyə olunur. Əlavə məlumat üçün 139 nömrəsinə müraciət etmək olar.

Elnur
AzNews.az