Bəşər Əsəddən amnistiya aktı

29 Oktyabr 2013 22:29 (UTC+04:00)
Suriya prezidenti Bəşər Əsəd hərbi xidmətdən yayınanlarla bağlı amnistiya elan edib. AzNews.az САНА xəbər agentliyinə istinadən xəbər verir ki, Suriya prezidenti bu amnistiya ilə müxalifət ordusuna qoşulanları öz tərəfinə cəlb etmək istəyir. Yarım il əvvəl də Əsəd buna bənzər amnistiya aktı imzalayıb. Ancaq o zaman amnistiya hökumətə qarşı çıxış edənlərə şamil edilib.

Elnur
AzNews.az