Sabiq nazirdən şok etiraf: “ABŞ səfirlərinin telefonlarını dinləyirdim”

30 Oktyabr 2013 09:24 (UTC+04:00)
Amerikanın 35 dünya liderinin telefonlarını dinlədiyi barədə məlumatların ardınca Türkiyə və Yunanıstan arasında belə qalmaqal yaranıb.

Yunanıstanın keçmiş xarici işlər naziri Teodoros Pangalos vəzifədə olduğu müddətdə Milli Təhlükəsizlik Təşkilatının ABŞ-ın Afina və Ankaradakı səfirlərinin telefonlarını dinlədiyini bildirib. Keçmiş nazirin bu etirafı Yunanıstanın "To VimaÜ radiosu ilə yayımlanıb: "Əlimdə qəhvə və smitlə ofisimə getdiyim zaman masanın üstündə bir yığın kağız görürdüm. Hər şeyi yox, sadəcə mənə maraqlı olanları göndərirdilər. Əslində çox ciddi nəsə öyrənmirdim. Çünki nə danışdıqlarını bilirdim. Sadəcə bəzən Afina səfirinin Ankaradakı həmkarına "Bi f.... uşağı Pangalos neynir?" sualını və bu suala verilən "Bu f... uşağı bu gün mənə zəng edib" cavabını eşitmək əyləncəli idi. Kimsənin məni dinləmədiyini bilirdim və ya belə hesab etdiyim zamanlarda mən də bəzi amerikalılar barədə bu şəkildə danışırdım".

Dinləmələrin qanuni olub-olmamasına gəlincə isə Pangalos "Zarafat edirsiz? Bu sual nədir? Təbii ki, casusluq edirdilər və bunu böyük uğurla edirdilər. Sadəcə xarici işlər nazirinə bu məlumatlar göndərilmir. Hər hökumətdə 4 nəfər var ki, dinləmələr onlara göndərilir. Bura baş nazir, müdafiə naziri, xarici işlər naziri və milli təhlükəsizlik qurumu daxildir".

Qeyd edək ki, Pangalos 1996-99-cu illərdə Yunanıstanın xarici işlər naziri olub. Onun sözlərinə görə, telefonları dinlənən şəxslər ABŞ-ın Ankara səfiri Mark Grossmanla Mark Parris olub.

Elnur
AzNews.az