Toyda baş verən cinayətlə bağlı - Rəsmi açıqlama

30 Oktyabr 2013 10:08 (UTC+04:00)
Cinayətdə şübhəli bilinən Taleh Tağıyev tutulub

Bakıda toydan sonra baş verən bıçaqlaşma ilə bağlı rəsmi məlumat yayılıb. BŞBPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-da Mehmandarov küçəsində yerləşən "Firuzə" şadlıq sarayının həyətində Bakı şəhər sakinləri - Xaləddin Əhədov, Eldar Məmmədov və Fərid Cərullayev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Taleh Tağıyev tutulub.

Xatırladaq ki, dünən bu barədə məlumat yayımlanmışdı. Belə ki, toy sahibinin qonşusu Xaləddin Əhədovun avtomobilini doğru yerdə saxlamaması qarşıdan gələn maşının sürücüsü Taleh Tağıyevin xoşuna gəlməyib və o, X.Əhədova 5 bıçaq zərbəsi endirib. Daha sonra ev sahibinin qohumu Eldar Məmmədov hadisəni aydınlaşdırmaq istərkən, o da ürəyindən bıçaqlanıb.(qafqazinfo)