Abbas Abbasov Araz Ağalarova məktub göndərdi

30 Oktyabr 2013 10:13 (UTC+04:00)

"Azerros"un Ağsaqqal Şurasının sədri Abbas Abbasov prezident Putinin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunan azərbaycanlı iş adamı Araz Ağalarova təbrik məktubu göndərib.

AzNews.az qurumun saytına istinadən xəbər verir ki, A.Abbasov A.Ağalarova Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti və şəxsən öz adından səmimi təbriklərini çatdırıb:

"Əminəm ki, yüksək peşəkarlığınız, əməksevərliyiniz, məqsədyönlülüyünüz, işə yaradıcı yanaşmanız, tükənməyən enerjiniz gələcəkdə də qarşınıza qoyulan tapşırılqarı uğurla həll etməyə yardım edəcək".

Elnur
AzNews.az