Səlim Müslümov 3 nəfəri işdən çıxardı

30 Oktyabr 2013 11:07 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov rəhbərlik etdiyi qurumda kadr islahatları həyata keçirib.

Nazirin imzaladığı əmrlə nazirlik yanında Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, aparat rəhbərinin müavini Elnur Camalxanov işdən azad ediliblər.

Bir neçə gün əvvəl Aparat rəhbəri vəzafəsindən azad olunaraq nazirliyin iqtisadiyyat şöbəsində işlə təmin olunan Elnur Kələntərovun isə ümumiyyətlə nazirlikdən uzaqlaşdırıldığı bildirilir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu əmrlərdən xəbərsizdirlər.(qafqazinfo)