Putindən “Biryulovo“ qətli ilə bağlı qərar

30 Oktyabr 2013 12:45 (UTC+04:00)
Rusiya Prezidenti Vladimir Putin DİN daxili qoşunlarının və daxili işlər orqanlarının bir sıra yüksək rütbəli əməkdaşlarını vəzifələrindən kənarlaşdırıb

Trend-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər verib.

Dövlət başçısının çərşənbə axşamı Kremlin saytında dərc olunmuş müvafiq əmrinə görə, onların arasında DİN-in Moskva şəhəri üzrə Cənub İnzibati Dairəsi Baş İdarəsinin Daxili İşlər İdarəsinin rəisi, polis general-mayoru Aleksandr Podolnı da var. Bildirilir ki, Biryulevo sakininin səs-küylü qətlindən sonra onun istefasını Moskva Baş Komitəsinin rəhbərliyi xahiş etmişdi.

AzNews.az